Dövlət başçısı Pavelə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət başçısı Pavelə məktub göndərdi

Siyasət

28 Oktyabr 2026 11:06 101


Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu göndərib.

"Yeni Sabah" xəbər verir ki, məktubda deyilir:

"Çex Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Dördpendirli pizza

Xoş ənənələrə malik Azərbaycan-Çexiya əlaqələrinin bu gün dinamik inkişaf etməsi bizi sevindirir. Fəal siyasi dialoq iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı zəmin yaradır.

İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan dövlətlərarası münasibətlərimizin və səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çexiya xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!