2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın mehmanxana və mehmanxana tipli obyektlərinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 497,3 milyon manat təşkil edib.
“Yeni Sabah” xəbər verir ki, gəlirlərin 63,7 faizi nömrələrin təqdim olunmasından, 25,9 faizi ictimai iaşə, 2,6 faizi müalicə və sağlamlıq, 7,8 faizi isə digər xidmətlərin göstərilməsindən formalaşıb.
Cari ilin ilk 9 ayında hotellərdə keçirilmiş gecələmələrin sayı 6,6 faiz azalaraq 3 milyon 239,3 min olub. Gecələmələrin yarıdan çoxu — 55,9 faizi Bakının payına düşüb. Bölgələr arasında isə ən yüksək göstəricilər Qusar (5,2%), Naftalan (5,1%), Xaçmaz (4,7%) və Qəbələdə (3,9%) qeydə alınıb. Dominos pizza
Yerli vətəndaşların keçirdiyi gecələmələrin sayı 1 milyon 393,7 min (ümumi göstəricinin 43 faizi) olub.
Hesabat dövründə əcnəbi qonaqların gecələmələri 4,7 faiz azalaraq 1 milyon 845,6 min (ümumi gecələmələrin 57 faizi) təşkil edib. Xarici turustlərin gecələmələrinin böyük hissəsi — 81,4 faizi paytaxt Bakıda baş tutub. Bölgələrdən Naftalan (5,4%) və Qusar (5,1%) əcnəbilərin ən çox üstünlük verdiyi istiqamətlər olub.
Ölkələr üzrə gecələmələrdə ən böyük pay Türkiyə (12,1%), Rusiya (11,3%), İsrail (9,2%), Səudiyyə Ərəbistanı (6,0%), Hindistan (5,8%) və Çin (5,4%) vətəndaşlarına məxsusdur.
İlin 9 ayında hotellərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə orta hesabla 23,0 faiz təşkil edib (ötən ilin eyni dövründə 25,0 faiz). Doluluq səviyyəsinə görə ən yüksek göstəricilər Naftalan (46,2%), Neftçala (42,8%), Şabran (40,7%) və Bakıda (33,2%) müşahidə olunub.
Telegram kanalımız