Dünyanı gözləyən təhlükə ilə bağlı   diqqətçəkən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dünyanı gözləyən təhlükə ilə bağlı diqqətçəkən açıqlama

Siyasət

28 Oktyabr 2026 11:11 97


Müasir dünyada münaqişələrin uzanması, yeni qarşıdurmaların yaranması və beynəlxalq etimadın zəifləməsi sülhün təmin olunması üçün daha təsirli yanaşmaların tətbiqini zəruri edir.

“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuata açıqlamasında deyib.

Deputat bildirib ki, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti yalnız mədəniyyətlərarası münasibətlərlə məhdudlaşmır. Onun sözlərinə görə, forum fərqli mövqelərə malik tərəflərin bir-birini dinləməsi və ortaq həll yollarının araşdırılması üçün mühüm platformadır. Dominos pizza

K.Qafarov Prezident İlham Əliyevin forumda dünya gündəmindəki narahatedici proseslərə diqqət çəkdiyini xatırladıb. Dövlət başçısının “Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik” fikrinə toxunan deputat münaqişələrin beynəlxalq gündəlikdə təkrarlanan problemə çevrildiyini və onların qarşısının alınması üçün daha təsirli mexanizmlərə ehtiyac olduğunu vurğulayıb.

O qeyd edib ki, dialoq yalnız diplomatik ünsiyyət vasitəsi deyil, həm də gərginliyin azaldılması və davamlı sülhün təmin olunması üçün vacib mexanizmdir. Forumun Bakıda keçirilməsi Azərbaycanın bu məsələlərin beynəlxalq səviyyədə müzakirəsinə verdiyi önəmi nümayiş etdirir. Müxtəlif ölkələrin nümayəndələrinin və beynəlxalq təşkilatların iştirakı problemlərə fərqli yanaşmaların səsləndirilməsinə, təcrübələrin müqayisəsinə və münaqişələrin həlli ilə bağlı yeni imkanların müzakirəsinə şərait yaradır.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər münaqişədən sonrakı mərhələdə Azərbaycanın qəbul etdiyi siyasi qərarların əhəmiyyətini də ön plana çıxarır.

K.Qafarov bildirib ki, hərbi əməliyyatların dayanması özlüyündə davamlı sülhə zəmanət vermir. Bunun üçün tərəflərin siyasi iradəsi, əldə olunan razılaşmaların icrası və qarşılıqlı öhdəliklərə əməl olunması vacibdir.

O, Azərbaycanın təcrübəsinin digər münaqişələrin həlli baxımından da nəzərdən keçirilə biləcəyini diqqətə çatdırıb. Deputat Prezidentin “bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər” fikrini xatırladaraq bildirib ki, hər bir münaqişənin özünəməxsus tarixi və siyasi xüsusiyyətləri olsa da, konkret təcrübələrin öyrənilməsi yeni həll yollarının tapılmasına kömək edə bilər.

K.Qafarovun fikrincə, əsas məqsəd zorakılığın yenidən başlanmasının qarşısını almaq, təhlükəsizlik məsələlərini həll etmək və sülhü uzunmüddətli siyasi prioritet kimi qəbul etməkdir. Mədəniyyətlərarası dialoq isə cəmiyyətlərin bir-birini daha yaxşı anlamasına, stereotiplərin zəifləməsinə və ünsiyyət kanallarının qorunmasına töhfə verə bilər.

Deputat əlavə edib ki, VII Bakı Forumunun əhəmiyyəti müxtəlif təcrübələrin müzakirəsi ilə yanaşı, dialoqun real nəticələrə yönəldilməsindədir. Onun sözlərinə görə, sülh yalnız sənədlərlə deyil, qarşılıqlı məsuliyyət və davamlı əməkdaşlıqla möhkəmlənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!