“Qala Sığorta”nın yığımları və ödənişləri azaldı

saytların hazırlanması

Evə çatdırılma

“Qala Sığorta”nın yığımları və ödənişləri azaldı

İqtisadiyyat

28 Oktyabr 2026 11:00 66


“Qala Sığorta” ASC 2026-cı ilin yanvar–sentyabr aylarının maliyyə nəticələrini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, şirkətin hesabatına əsasən, cari ilin ilk 9 ayında topladığı sığorta haqlarının həcmi 52,581 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,344 milyon manat və ya 17.7% azdır.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar–sentyabr aylarında şirkət tərəfindən 63,925 milyon manat sığorta haqqı toplanmışdı. Dördpendirli pizza

Hesabat dövründə sığorta ödənişlərində də azalma müşahid olunub. Belə ki, şirkət cari ilin yanvar–sentyabr aylarında 17,999 milyon manat sığorta ödənişi həyata keçirib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə (19,401 milyon manat) 1,402 milyon manat və ya 7.2% azdır.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!