Baş prokuror Prezidentin müraciətini oxudu

saytların hazırlanması

Evə çatdırılma

Baş prokuror Prezidentin müraciətini oxudu

Rəsmi

28 Oktyabr 2026 10:43 117


Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü təşkil edilib.

"Yeni Sabah" xəbər verir ki, Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxs iştirak edir. Onların arasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, 5 beynəlxalq və regional təşkilatın rəhbər və yüksəkvəzifəli nümayəndələri, habelə 3 müşahidəçi dövlətin təmsilçiləri yer alır. Sezar pizza

Tədbirə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya sahəsində əməkdaşlığın inkişafına töhfə vermək və Azərbaycanın təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdən ibarətdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!