Bakıda iş saatları dəyişə bilər: Tıxac problemi həll olunacaq?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iş saatları dəyişə bilər: Tıxac problemi həll olunacaq?

Avto

15 İyun 2026 14:26 194


Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə iş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir. Lakin ekspertlər hesab edirlər ki, bu addım problemin köklü həlli üçün kifayət etməyə bilər.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, iş saatlarının fərqli vaxtlara keçirilməsi modeli əsasən tıxacların günün yalnız müəyyən saatlarında yarandığı şəhərlərdə effektiv nəticə verir. Pepperoni pizza

“Bakıda isə vəziyyət fərqlidir. Paytaxtda səhər saatlarından gecə saatlarınadək davam edən nəqliyyat yüklənməsini cəmi 1-2 saatlıq qrafik dəyişiklikləri ilə aradan qaldırmaq mümkün deyil”, – deyə ekspert qeyd edib.

E.Əmirov bildirib ki, iş saatlarının dəyişdirilməsi məcburi və kütləvi xarakter daşıyarsa, müəyyən müsbət nəticələr verə bilər. Bununla yanaşı, belə bir qərarın mənfi təsirləri də istisna olunmur.

Ekspertin fikrincə, dövlət və özəl sektor arasında iş rejimlərinin uyğunlaşdırılması ilə bağlı problemlər yarana, ailələrin gündəlik planlaşdırması çətinləşə, həmçinin iş və sosial həyat arasında balans daha da pozula bilər.

“Şəhərdə həddindən artıq mərkəzləşmə aradan qaldırılmadıqca, tıxac probleminin qalacağı qaçılmazdır”, – deyə o vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!