Bakıda işıqforların işində problem yarandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda işıqforların işində problem yarandı

Avto

17 Avqust 2020 10:14 2025


“Yağışlı hava ilə əlaqədar olaraq Bakıda bir sıra küçə və prospektlərdə işıqforların işində fasilələr yaranıb”.

Yenisabah.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözləinə görə, bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır: Marqarita pizza

“Rəşid Behbudov küçəsi, Seyid Əzim Şirvani küçəsi, Qara Qarayev prospekti və digər ərazilərin müəyyən hissəsində işıqforların işində problem yaranıb”.

“Sürücülərdən xahiş edirik ki, işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Tbilisi prospektində də işıqforların işində problem müşahidə olunur.

Bundan başqa, hazırda Ziya Bünyadov prospektinin hər iki istiqamətində, Moskva prospektinin mərkəz istiqamətində, Heydər Əliyev prospektində kənar yolda, Babək prospekti - H.Əliyev prospekti istiqamətində, Binəqədi şosesinin mərkəz istiqamətində, Y.Səfərov küçəsi - Üzeyir Hacıbəyov küçəsi istiqaməti, Koroğlu Rəhimov küçəsi, Şah İsmayıl Xətai prospekti, Afiyəddin Cəlilov küçəsi, Qara Qarayev prospekti - “Koroğlu” metrostansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!