Oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz” – “Fənərbağça” yoldaşlıq oyunu ilə əlaqədar Bakı Metropoliteninin Qırmızı xəttində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
“Yeni Sabah” xəbər verir ki, matçla əlaqədar “Gənclik” stansiyasında əlavə işçi qüvvəsi ayrılacaq, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Gün ərzində qatarların hərəkəti payız-qış qrafikinə uyğun təşkil ediləcək. Matç başa çatdıqdan sonra sərnişin axınının intensivliyindən asılı olaraq qatarların hərəkəti əlavə tənzimlənəcək. Toyuqlu pizza
Bundan başqa, “28 May” və “Nərimanov” stansiyalarında da sərnişin axınına nəzarət gücləndiriləcək.
Aytac Əliyeva
Telegram kanalımız