Bakıda müdir maaşını istəyən işçisini döydü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda müdir maaşını istəyən işçisini döydü

Hadisə

14 Oktyabr 2026 17:34 99


Hadisə Nəsimi rayonu ərazisində yerləşən “Dəniz Pub” restoranında qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, restoranın inzibatçısı olan 45 yaşlı İ. Paxomovla ofisiant arasında əmək haqqının verilməməsi üstündə mübahisə yaranıb. Gecə saat 2 radələrində yaranan mübahisə zamanı Paxomov əməkhaqqı tələb edən işçinin başına əli ilə zərbələr vurub. Nəticədə zərərçəkənin gicgah nahiyələrində xəsarətlər yaranıb.

Fakt əsasında inzibatçı barəsində cinayət işi başlanıb. pizza sifarişi

Təqsirləndirilən şəxs ifadəsində peşman olduğunu və zərərçəkəndən üzr istədiyini deyib. Zərərçəkən ofisiant da həmçinin inzibatçıya qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə verilib və İ. Paxomov məsuliyyətdən azad olunub./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!