Eldar Əzizov hicab məsələsindən danışdı: “Faktlar öz sözünü deyir”

saytların hazırlanması

Evə çatdırılma

Eldar Əzizov hicab məsələsindən danışdı: “Faktlar öz sözünü deyir”

Sosial

14 Oktyabr 2026 17:14 206


“2003-cü ildən sonra Azərbaycanda 800-dən çox məscid tikilib, əsaslı təmir olunub və ya yenidən qurulub”.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov çərşənbə günü ayrı-ayrı dairələrin dini zəmində təxribatlar törətmək və cəmiyyətdə gərginlik yaratmaq üçün məktəbli formasına dair tələblərdən istifadə etmək cəhdlərini şərh edərkən deyib.

“Azərbaycan dövlətinin İslama və ümumilikdə dini irsə münasibətindən danışarkən bəyanatlara deyil, ilk növbədə, son yüzilliklər ərzində baş vermiş konkret faktlara əsaslanmaq vacibdir. Ölkəmizdə heç bir tarixi dövrdə və ya ictimai-siyasi sistemdə Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin dövründə olduğu qədər məscid tikilməyib və bərpa edilməyib. Azərbaycanın İslama münasibətinin şübhə altına alınması təəccüb doğurur. Faktlar öz sözünü deyir. Prezident İlham Əliyev dini abidələrin qorunmasına və bərpasına, məscidlərin tarixi və mənəvi əhəmiyyətinin özünə qaytarılmasına xüsusi diqqət yetirib”, - deyə o bildirib. Toyuqlu pizza

E.Əzizov Qarabağ nümunəsinin xüsusilə diqqətəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, ərazilər işğaldan azad edildikdən sonra məscidlərin və digər dini abidələrin bərpası prioritet istiqamətlərdən birinə çevrilib.

“Dövlət başçısı bərpa olunmuş müqəddəs məkanları şəxsən ziyarət edərək ölkənin İslam və mənəvi irsinin qorunmasının əhəmiyyətini vurğulayıb. Bu, danılmaz faktdır”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda məktəbli formasına dair vahid tələblərin tətbiqi dünyəvi təhsil prinsiplərini guya İslama qarşı yönəlmiş addımlar kimi təqdim etməyə çalışan qüvvələrin təxribat cəhdləri üçün bəhanəyə çevrilib.

Ayrı-ayrı xarici dairələr dini mövzudan istifadə edərək qəbul edilən qərarların mahiyyətini təhrif etməyə, dövləti süni şəkildə dindarlara qarşı qoymağa və cəmiyyətdə parçalanma yaratmağa çalışırlar. Bu cür manipulyasiyalar Azərbaycanda gərginliyi artırmağa, fikir ayrılıqlarını qızışdırmağa və ictimai sabitliyi pozmağa yönəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!