Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Bakı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olundu

Sosial

14 Oktyabr 2026 18:37 68


Qazaxıstanda səfərdə olan AZCON Holding və Azərbaycan Dəmir Yollarının (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub.

Bu barədə "Yeni Sabah"a "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Aktau və Kurık limanları, Aktau Dəniz Şimal Terminalı, "Aktau Beynəlxalq Konteyner Qovşağı" MMC və "Sarja" multimodal terminalının infrastrukturuna baxış keçirilib, regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsində bu liman və terminallarda aparılan əməliyyatların mühüm rol oynadığı bildirilib. Sezar pizza

Limanların rəhbərliyi ilə görüşlərdə Bakı Beynəlxalq Dəniz Limanı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, yükaşırma əməliyyatlarının səmərəliliyinin artırılması və rəqəmsal məlumat mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər tranzit yüklərin daşınması proseslərinin optimallaşdırılması və Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi baxımından limanlar arasında koordinasiyanın əhəmiyyətini vurğulayıblar.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!