Bakıda ofisdən 20 000 manatlıq oğurluq edilib.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir ofisdən 20 000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş E.Ənnağıyev, Salyan rayon sakini əvvəllər məhkum olunmuş B.Hacıyev və Ağdam rayon sakini əvvəllər məhkum olunmuş V.Ələsgərov saxlanılıb. Dördpendirli pizza
Telegram kanalımız