Bakıda sığınacağa yerləşdirilən qız təhsildən kənarda qaldı,   paltarlarını doğradı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda sığınacağa yerləşdirilən qız təhsildən kənarda qaldı, paltarlarını doğradı

Hadisə

28 Noyabr 2025 11:39 614


Bakıda Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilən 16 yaşlı qız təhsildən kənarda qalıb.

“Yeni Sabah” xəbər verir ki, bunu birliyin sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, 3-cü sinif üzrə fərdi təhsilə cəlb olunmalı olan qız artıq dərslərə getməyəcək və depressiv vəziyyətə düşüb. Birlik sədrinin sözlərinə görə, şagird günlük dərs hazırlığını etsə də, ona “gözləyin” cavabı verilib: Dördpendirli pizza

“Bundan sonra qızın psixoloji durumu ağırlaşıb və o, geyimlərini kəsib-doğrayıb”.

K.Ağazadə məsələyə görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinə xəbərdarlıq edib: “Bu uşaq özünə nəsə etsə, yaxanız əlimdədir”.

Məlumata görə, həmin qız artıq 4-cü ildir sığınacaqda yaşayır. O, vaxtilə uşaq əməyinə cəlb olunub, qul kimi işlədilib və bu səbəbdən təhsildən kənarda qalıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən “Yeni Sabah”a bildirilib ki, qurumun Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Kəmalə Ağazadə ilə əlaqə saxlayıb. O qeyd edib ki, müraciətlə bağlı artıq qərar verilib, müvafiq tapşırıq isə Binəqədi rayonu 314 saylı tam orta məktəbin direktoru Səfa Xəlilova yönləndirilib: “Üç uşaq dekabrın 1-dən təsdiqlənmiş cədvələ uyğun olaraq fərdi təhsilə başlayacaq”.

K.Ağazadə də bu barədə paylaşım edərək BŞTİ-ə öz minnətdarlığını bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!