Bakıda və rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Sosial

11 Avqust 2025 17:47 371


Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraitinin həftəsonunadək davam edəcəyi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Azərbaycanın rayonlarında fasilələrlə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lənkəran-Astara, Dağlıq Şirvan bölgəsinin bəzi ərazilərində yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. pizza hut

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 12-dən 13-nə keçən gecə və səhər arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!