Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində Bakı və Xankəndi şəhərlərində, eləcə də Lənkəran və Şamaxı rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, araşdırmalar zamanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsində, Xankəndi şəhəri ərazisində, Lənkəran rayonunun Havzava və Şamaxı rayonunun Qaleybuğurd kəndlərində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Müəyyən olunub ki, bu ərazilərdə yaşıllıqların məhv edilməsi nəticəsində ətraf mühitə ümumilikdə 32 950 manat məbləğində ziyan dəyib. pizza hut
Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Aytac Əliyeva
Telegram kanalımız