Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 1-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Zabrat qəsəbəsində Yeni Sahə, M.İbrahimov, Turgenev, Ş.Əzizbəyov, Aydınlıq, X.Vəliyev, Vaqif, Nizami, Vidadi, N.Nərimanov, R.Axundov və Ə.Məmmədov küçələrinin, həmçinin Zərkənd və İstixana ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq. Dominos pizza
Telegram kanalımız