“Bank VTB (Azərbaycan)” 2026-cı ilin ilk altı ayını 5 milyon 825,5 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü (6 milyon 319,1 min manat) ilə müqayisədə 493,6 min manat və ya 7,8% azalma deməkdir.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankın ümumi faiz gəlirləri 5,4% azalaraq 19 milyon 884,4 min manata düşsə də, faiz gəlirlərinin əsas mənbəyi olan müştəri kreditləri üzrə daxilolmalar 15,2% (2 milyon 362,3 min manat) artaraq 17 milyon 896,1 min manata yüksəlib. Paralel olaraq faiz xərcləri 4 milyon 664,7 min manatdan 5 milyon 664,9 min manata qalxdığından xalis faiz gəliri 14,7% kiçilərək 13 milyon 603,9 min manat təşkil edib.
Bankın qeyri-faiz gəlirləri 7 milyon 311,3 min manatdan 6 milyon 168,7 min manata, qeyri-faiz xərcləri isə 17 milyon 616,8 min manatdan 15 milyon 728,3 min manata enib. pizza mizza
Cəlalə
Telegram kanalımız