“Barselona” Kundeyə qiymət qoydu

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” Kundeyə qiymət qoydu

İdman

20 Avqust 2026 16:55 34


“Barselona” müdafiəçisi Jül Kunde üçün transferr qiyməti müəyyənləşdirib.

"Yeni Sabah" xəbər verir ki, Kataloniya təmsilçisi Kundeyə 80 milyon avro təyin edib.

“Çelsi” 27 yaşlı futbolçunun transferini ciddi şəkildə nəzərdən keçirir. London klubu Malo Qustonun “Mançester Siti”yə keçəcəyi təqdirdə, onu Kunde ilə əvəzləməyi planlaşdırır. Marqarita pizza

Bununla belə, “Barselona” bu yay fransalı müdafiəçini 80 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil.

Kunde ötən mövsüm La Liqada 30 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. O, 2022-ci ildən “Barselona”da çıxış edir. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!