“Barselona” rəqibini darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

“Barselona” rəqibini darmadağın etdi

İdman

17 Sentyabr 2026 11:02 109


İspaniya La Liqasında mövsümə möhtəşəm başlayan "Barselona" növbəti matçında böyükhesablı qələbəyə imza atıb.

“Yeni Sabah” xəbər verir ki, Hansi Flikin yetirmələri "Rasinq Klub"u 7:2 hesabı ilə darmadağın edərək çempionatdakı uğurlu seriyasını davam etdiriblər.

Qarşılaşmanın əsas qəhrəmanı penaltilərdən vurulan iki qol da daxil olmaqla het-trik edən Rafinya olub. Matçda hesabı 8-ci dəqiqədə Lamin Yamalın ötürməsi ilə Joao Kanselo açıb. Daha sonra Rafinya penaltidən fərqi artırıb. Qonaqlar Maqette Qeyin qolu ilə fərqi azaltsalar da, Asyer Vilyalibrenin öz qapısına vurduğu qol və Rafinyanın ikinci dəqiq zərbəsi hesabı 4:1 edib. İlk hissənin sonlarında Yamal penaltidən yararlana bilməyib. Pepperoni pizza

İkinci hissədə Yassin Zabirinin qolu ilə hesab 4:2 olsa da, "Barselona" rəqibə heç bir şans verməyib. Rafinya penaltidən het-trikini rəsmiləşdirib, ardınca performsını Qabriel Jezus və Lamin Yamalın qolları tamamlayıb.

Bu nəticə ilə keçirdiyi 6 oyunda 6 qələbə qazanan "Barselona" maksimum nəticə — 18 xalla La Liqanın turnir cədvəlinə təkbaşına başçılıq edir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!