Baş məşqçi istefa verdi, rəhbərlik qəbul etmədi

saytların hazırlanması

Evə çatdırılma

Baş məşqçi istefa verdi, rəhbərlik qəbul etmədi

İdman

28 Avqust 2026 09:03 103


UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Türkiyənin “Trabzonspor” klubu Macarıstanda “Ferencvaroş”un qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, görüş meydan sahiblərinin 4-0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Trabzonspor” klubunun baş məşqçisi Fatih Tekke Ferencvaros qarşısında məğlubiyyətdən sonra istefa verib: pizza sifarişi

“Çünki bəzi oyunlar var ki, insanı çox yaralayır. Təəssüf ki, belə oyunlardan biri baş verdi. Qismətdən o tərəfə keçmək olmur.  Çox qürur duyduğum bu vəzifədən, təəssüf ki. Çox dəyərli işlər gördük, amma hazırda istefa verdiyimi açıqlamaq istəyirəm. Çünki futbolçularıma və hər kəsə dediyim bir söz var: məğlubiyyətlər mənə və komandama, qələbələr isə futbolçularıma aiddir. Buna görə də bugünkü məğlubiyyəti qəbul edə bilmirəm.

Açığı, belə vəziyyətdə rahat yata bilmərəm. Ona görə də hər kəs haqqını halal etsin. Biz əlimizdən gələn hər şeyi etdik. Bəzən bir səhv belə nəticələrə gətirib çıxara bilir. Bu gündən sonra mən yoxam. Haqqınızı halal edin”.

"Trabzonspor" daha sonra mütəxəssisin komandada qalacağını bildirib:

“Klubun baş məşqçisi Fatih Tekke "Ferencvaros" qarşısında alınan məğlubiyyətdən sonra yaşadığı emosional gərginliyin təsiri ilə istefa qərarı verib. Lakin Trabzonspor İdarə Heyəti Fatih Tekkenin istefa qərarını qəbul etməyib.

Beləliklə, Fatih Tekke baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək və komandanın növbəti liqa oyununda Amedspor qarşısında komandanın sükanı arxasında olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!