Baş nazir maaşlarla bağlı qərar imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir maaşlarla bağlı qərar imzaladı

Sosial

30 Oktyabr 2026 13:36 584


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri İnstitutu"nun və "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun strukturu və işçilərin say həddi təsdiq edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi" aparatının işçilərinin say həddi 120 ştat vahidi, Mərkəzin "Bitkiçilik Elmləri İnstitutu"nun işçilərinin say həddi 670 ştat vahidi, Mərkəzin "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu"nun işçilərinin say həddi 221 ştat vahidi olacaq. pizza hut

Bundan başqa, qərarla adıçəkilən qurumların əməkhaqqılarının məbləği də (vəzifə maaşının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!