ABŞ və İran arasında razılaşmanın əldə olunmasına dair səylər çərçivəsində qətərli vasitəçilər Tehrana qayıdıblar.
"Yeni Sabah" Reuters-ə istinadla xəbər verir ki, vasitəçilik danışıqları Vaşinqtonla əlaqələndirilir.
Qətər İrana sülh planının layihəsini təqdim edib. Lakin yüksək vəzifəli İran rəsmisi təklif olunan şərtləri qəbuledilməz adlandırıb və Tehranın nüvə proqramı üzrə mövqeyini dəyişmək niyyətində olmadığını bildirib. pizza mizza
Vaşinqton əvvəldən nüvə məsələlərinin danışıqların gündəliyinə daxil edilməsində israr, Tehran isə ABŞ-dən ilk növbədə İran limanlarının blokadasını dayandırmağı və neft ixracına qoyulan sanksiyaları ləğv etməyi tələb edir.
Telegram kanalımız