Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır

saytların hazırlanması

Evə çatdırılma

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır

Siyasət

30 Oktyabr 2026 14:07 65


Region ölkələrinin mehriban qonşuluğu, əməkdaşlığı və birgə fəaliyyəti Azərbaycanın xarici siyasətinin əsaslarından biridir.

"Yeni Sabah" xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ceffri Saksa verdiyi müsahibəsində bildirib.

O deyib: "Biz qonşularımızla möhkəm tərəfdaşlıq, bəzi hallarda isə müttəfiqlik münasibətləri qurmuşuq". Dominos pizza

Hacıyev Rusiya ilə münasibətləri nümunə gətirib, həmçinin İranla tarixi və dostluq əlaqələrini, ortaq mədəniyyət və ənənələri qeyd edib.

Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə mədəniyyət, dil yaxınlığı, tarix və ənənələr birləşdirir:

"Mərkəzi Asiya ölkələri, Xəzər dənizinin digər sahilindəki qardaşlarımızla bizi ayırmadığı, əksinə, birləşdirməsi barədə danışırıq. Mərkəzi asiyalı qardaşlarımızın yekdil siyasi qərarı ilə Azərbaycan Mərkəzi Asiyanın Məşvərət Şurasının iştirakçısı oldu. Mən həmçinin deyirəm ki, bu, sadəcə "5+1", riyaziyyat məsələsi deyil. Bu, kimya, qovuşma məsələsidir. İndi Mərkəzi Asiya "altılığa" çevrilir, çünki Azərbaycan da bu mədəniyyətə mənsubdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!