Direktorun azyaşlıya qarşı fiziki zorakılığı: Cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Direktorun azyaşlıya qarşı fiziki zorakılığı: Cinayət işi açıldı

Sosial

30 Oktyabr 2026 13:55 147


Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işinin icraatına başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə APA-ya Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub. Marqarita pizza

Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib. Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.

Azyaşlı Badamdarda yerləşən "EOS Junior" uşaq bağçasında zorakılığa məruz qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!