Regionun iqtisadi nəhəngləri bəlli oldu – Azərbaycan hansı pillədədir?

saytların hazırlanması

Evə çatdırılma

Regionun iqtisadi nəhəngləri bəlli oldu – Azərbaycan hansı pillədədir?

İqtisadiyyat

30 Oktyabr 2026 12:23 80


MDB ölkələri və Gürcüstan üzrə Ümumi Daxili Məhsulun (ÜDM) milli valyutalar və ABŞ dolları ilə son göstəriciləri bəlli olub.

“Yeni Sabah” xəbər verir ki, regionda dollar ifadəsində en böyük iqtisadiyyat 2,56 trilyon dollarla (214,26 trilyon rubl) Rusiyaya məxsusdur. Digər ölkələr üzrə sıralama isə Qazaxıstan üzrə 305,96 milyard dollar (159,58 trilyon tengə), Ukrayna üzrə 214,23 milyard dollar (8,93 trilyon qrivna), Özbəkistan üzrə 147,05 milyard dollar (1,85 trilyon sum), Belarus üzrə 93,51 milyard dollar (286,7 milyard Belarus rublu) və Türkmənistan üzrə 77,40 milyard dollar (270,9 milyard manat) şəklində formalaşıb.

Siyahıda Azərbaycan 75,94 milyard dollarla (129,09 milyard manat) növbəti pillədə qərarlaşıb. Qonşu ölkələrdən Gürcüstanda ÜDM 38,14 milyard dollar (104,60 milyard lari), Ermənistanda 29,31 milyard dollar (11,34 trilyon dram), Qırğızıstanda 22,62 milyard dollar (1,98 trilyon som), Moldovada 20,35 milyard dollar (353,52 milyard ley), Tacikistanda isə 17,62 milyard dollar (176,9 milyard somoni) təşkil edib. Dinamikaya nəzər saldıqda, Azərbaycanın ÜDM həcmi son illərdə 93,2 milyard manatdan (54,8 milyard dollar) 129,09 milyard manata qədər yüksəlib.  Sezar pizza

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!