Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verir

Siyasət

30 Oktyabr 2026 12:26 84


Xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikası Prezidentinin ev sahibliyi ilə Ankarada keçirilən və “Türk Əsri: Dildə, fikirdə və işdə birlik” mövzusuna həsr olunmuş Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşündə iştirak edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan XİN paylaşım edib.

Zirvə Görüşü çərçivəsində Azərbaycan TDT-yə sədrliyi Türkiyəyə təhvil verir. pizza sifarişi

Təşkilat daxilində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə olunacaq.

TDT-nin prioritet istiqamətləri – siyasi əməkdaşlıq, ticarət və investisiya, nəqliyyat və əlaqələndirmə, enerji, rəqəmsal transformasiya, mədəni-humanitar əməkdaşlıq və institusional inkişaf sahələrində əldə edilmiş irəliləyişlər nəzərdən keçiriləcək və mühüm sənədlər qəbul ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!