Sərnişinlərə şad xəbər -   Uzun fasilə başa çatır!

saytların hazırlanması

Evə çatdırılma

Sərnişinlərə şad xəbər - Uzun fasilə başa çatır!

Sosial

30 Oktyabr 2026 13:47 193


Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma xidməti noyabrın 20-dən etibarən yenidən fəaliyyətə başlayacaq.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.

Bildirilib ki, Bakıdan Balakənə qatar noyabrın 20-də, əks istiqamətdə isə noyabrın 21-də hərəkət edəcək. Dördpendirli pizza

Qeyd edək ki, sel hadisəsi nəticəsində Qax-Zaqatala dəmir yolu xəttinə ziyan dəyməsi səbəbindən bu marşrut üzrə sərnişindaşıma xidməti müvəqqəti dayandırılmışdı.

Təmir işləri artıq yekunlaşıb və müəyyən edilmiş tarixlərdən etibarən qatarların hərəkəti bərpa olunacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!