"Real Madrid" rəhbərliyi qış transfer pəncərəsi üçün hazırlıq işlərini sürətləndirib.
“Yeni Sabah” xəbər verir ki, baş məşqçi Joze Mourinyonun komandanın yarımmüdafiə xəttini gücləndirmək məqsədilə rəhbərlik qarşısında xüsusi tələb qoyduğu bildirilir.
İspaniya nəhənginin "Liverpul"un və Argentina millisinin əsas heyət üzvü Aleksis Mak Allisteri rənglərinə bağlamaqda ciddi maraqlı olduğu diqqətə çatdırılır. Təcrübəli portuqaliyalı mütəxəssis 27 yaşlı yarımmüdafiəçinin oyun üslubunu və fiziki imkanlarını yüksək qiymətləndirərək bu keçidin reallaşmasında şəxsən maraqlıdır. Dördpendirli pizza
İngiltərə klubu ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan argentinalı ulduz "Kral klubu"nun mərkəz xətti üçün əsas hədəflərindən biri hesab olunur.
Nazim Hacıyev
Telegram kanalımız