“Instagram”da böyük dəyişiklik - Yeni funksiya gəlir

saytların hazırlanması

Evə çatdırılma

“Instagram”da böyük dəyişiklik - Yeni funksiya gəlir

Rəqəmsal

28 Oktyabr 2026 11:35 50


“Instagram” uzun videolarla bağlı yeni addım atır.

“Yeni Sabah” xəbər verir ki, platforma istifadəçilərə podkast, müsahibə və digər geniş məzmunlu videoları 90 dəqiqəyədək paylaşmaq imkanı verən yeni formatı sınaqdan keçirir.

“Features” adlanan yenilik ilk mərhələdə ABŞ-də seçilmiş məzmun yaradıcıları üçün istifadəyə verilir. Bu format daha əvvəl Braziliyada da sınaqdan keçirilib.  Dominos pizza

Yeni format əsasən üfüqi çəkilmiş uzun videolar üçün nəzərdə tutulub. Onların istifadəçilərin əsas lentində və “Explore” bölməsində görünməsi planlaşdırılır.

Beləliklə, podkast aparıcıları, müsahibəçilər və digər yaradıcılar tam buraxılışlarını ayrıca platformaya yönləndirmədən “İnstaqram”da paylaşa biləcəklər. Yeniliyin digər tərəfi qısa videolarla bağlıdır. Məzmun yaradıcıları uzun videolarından qısa parçalar hazırlayaraq onları “Reels” vasitəsilə tam buraxılışa bağlaya biləcəklər. İstifadəçi maraqlandığı parçaya baxdıqdan sonra birbaşa videonun tam versiyasına keçə biləcək. 

Bununla yanaşı, şirkət mövzu üzrə bir-biri ilə əlaqəli qısa videoların yaradıcıların profilində ayrıca toplanmasına imkan verən “Series” funksiyasını da inkişaf etdirir. Bu yenilik izləyicilərə videoları ardıcıllıqla izləmək imkanı yaradacaq. “İnstaqram”ın yeni addımı “YouTube” ilə rəqabəti gücləndirmək məqsədi daşıyır. Uzun videoların platformaya gətirilməsi həm də televiziya ekranlarında məzmun izləmək imkanlarının genişləndirilməsi ilə əlaqələndirilir. 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!