Arpa və buğda toxumları ayağa gəldi – AXA-dan yeni layihə

saytların hazırlanması

Evə çatdırılma

Arpa və buğda toxumları ayağa gəldi – AXA-dan yeni layihə

İqtisadiyyat

03 Noyabr 2026 12:08 96


Azərbaycanda “2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara əlçatanlığını artırmaq məqsədilə bölgələrdə genişsatış tədbirlərinə başlanılır.

“Yeni Sabah” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və “Aqroservis” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən satışlar Neftçalada noyabrın 3-dən, Ucarda 4-dən, Sabirabadda 5-dən, Şəki və İsmayıllıda (“İvanovka Aqroparkı”) isə 6-dan etibarən təşkil olunacaq. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumlarının təqdim edildiyi bu satış məntəqələri əkin sahələri geniş, lakin toxum təminatı məhdud olan rayonlar nəzərə alınaraq seçilib. Bundan əlavə, fermerlər toxum istehsalçıları barədə detallı məlumatları AXA-nın rəsmi saytından əldə edərək onlarla birbaşa əlaqə saxlaya bilərlər.

Cəlalə Cəlalqızı Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!