ABŞ-nin istənilən yeni təcavüzü Qərbi Asiyadan kənara çıxacaq sürətli və daha geniş cavabla qarşılanacaq.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiya bildirib.
"Gələcəkdə ABŞ-ın istənilən hərbi macərası keçmişdən daha sərt və daha geniş cavabla qarşılanacaq. Yeni bir müharibə başlayarsa, münaqişənin coğrafiyasının yalnız Qərbi Asiya bölgəsi ilə məhdudlaşmayacaq", - deyə briqada generalı vurğulayıb. Toyuqlu pizza
Əkrəminiya qeyd edib ki, İran Silahlı Qüvvələri istənilən düşmən obyektinə zərbələr üçün hədəf siyahısını fəal şəkildə yeniləyir. O əlavə edib ki, münaqişə yenidən başlayarsa, ABŞ obyektləri, avadanlıqları, personalı və əlçatan olan hər yerdəki maraqları İranın hücum hədəfinə çevrilə bilər.
Ordu sözçüsü qeyd edib ki, İranın düşmənləri ölkənin qərb sərhədləri boyunca quru cəbhəsi yaratmağa çalışır, Şimali İraqdakı Kürd muxtariyyətində yerləşən hökumət əleyhinə qrupları dəstəkləyirlər. Lakin İran hərbi birləşmələrinin yerləşdirilməsi və bu qrupların mövqelərinə qarşı profilaktik əməliyyatların aparılması onların planlarını uğurla pozmağa imkan verib.
Telegram kanalımız