Ağdam Sənaye Parkında fəaliyyət göstərən “BAFCO İnvest” MMC xüsusi təyinatlı təhlükəsizlik ayaqqabıları və poliuretan çəkmələrin istehsalını uğurla davam etdirir.
“Yeni Sabah” xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parkının 2,5 hektar ərazisini əhatə edən müəssisədə hazırlanan məhsullar təkcə yerli tələbatı ödəməklə kifayətlənmir, həm də xarici ölkələrə ixrac olunur. Müəssisə xarici satınalma coğrafiyasını daha da böyütməyi, xüsusilə Avropa və Şimali Amerika bazarlarına çıxış əldə edərək yeni tərəfdaşlıqlar qurmağı hədəfləyib.
Telegram kanalımız