İyunun 21-də Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirəcək.
"Yeni Sabah" xəbər verir ki, imtahanda iştirak etmək üçün 2141 namizəd qeydiyyata durub.
Onlardan 1626 nəfər Azərbaycan, 515 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 899 nəfəri oğlan, 1242 nəfər qızdır. 332 nəfər cari ilin, 1023 nəfər əvvəlki illərin məzunudur. 786 nəfər isə növbəti illərdə məzun olacaq. 29 nəfər xarici ölkə vətəndaşıdır. pizza
Telegram kanalımız