"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə yenidən əməliyyat olunub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Qarabağ"ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 29 yaşlı futbolçu əməliyyat olunub və 4 həftə sonra bərpa prosesinə başlayacaq. Marqarita pizza
Xatırladaq ki, müdafiəçi UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Nyukasl"a qarşı keçirilən matçda zədə almışdı.
Sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranan problemlə əlaqədar olaraq oyunçu bir müddət əvvəl cərrahi müdaxiləyə məruz qalmışdı.
Telegram kanalımız