Belarus KTMT-dən kömək istəyərsə...

saytların hazırlanması

Evə çatdırılma

Belarus KTMT-dən kömək istəyərsə...

Siyasət

29 İyun 2026 09:35 100


“Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi vurarsa və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq?”

“Yeni Sabah” xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yazıb.

O bildirib ki, Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəyi halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq: Pepperoni pizza

“Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar. Çünki birincisi, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyatı yoxdur.

İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Qasım Comart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var.

Digər tərəfdən, Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəyi halda, bu, KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində, Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!