Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Dünya

21 Noyabr 2026 00:15 49


Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Ankara Respublika Baş Prokurorluğu tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə göndərilən təqdimatda Mustafa Sarıgül bir sıra ağır cinayətlərdə ittiham olunur. Məişət texnikası

Belə ki, deputata cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayət törətmək məqsədilə təşkilat yaratma, uşağın təkrarən cinsi istismarı, ağırlaşdırıcı hallarda təkrarən cinsi zorakılıq törətmə, habelə qanunsuz yolla əmlak əldə etmə, əmlakı gizlətmə və ya başqasının adına keçirmə ilə bağlı ittihamlar irəli sürülür./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!