Bərdə rayonunda yol qəzası zamanı yaralanan 10 nəfərin son vəziyyəti açıqlanıb.
TƏBİB-dən “Yeni Sabah” bildirilib ki, hadisə ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Dördpendirli pizza
Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb. Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.
Telegram kanalımız