Bəxtiyar Hacıyevin şikayəti təmin olunmadı

saytların hazırlanması

Evə çatdırılma

Bəxtiyar Hacıyevin şikayəti təmin olunmadı

Kriminal

07 Aprel 2025 17:27 271


Bəxtiyar Hacıyevin barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, şikayət təmin olunmayıb.

Xatırladaq ki, Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətə azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!