Məhəmməd Salahın Türkiyənin Trabzon şəhəri yaxınlığındakı yaylaya səfəri gözlənilməz şəkildə həmin ərazidəki bir daşı məşhurlaşdırıb.
“Yeni Sabah” xəbər verir ki, futbolçunun həmin məkanda çəkdirdiyi foto sosial şəbəkələrdə geniş yayılıb və yayladakı daş turistlərin və futbolsevərlərin "ziyarətgah"ına çevrilib.
Azarkeşlər eyni yerdə şəkil çəkdirmək üçün yaylaya səfər etməyə başlayıblar. Onlar futbolçunun oturduğu daşın üzərində eyni pozu təkrarlayıblar. pizza hut
Maraq o qədər artıb ki, yaylaya “Salah Yaylası” yazılmış lövhə də asılıb.
Yerli sakinlərin sözlərinə görə, əvvəllər sakit olan ərazi futbolçunun paylaşımından sonra xeyli sayda turistin üz tutduğu məkana çevrilib. Onlar turist axınının bölgə üçün faydalı olduğunu qeyd etsələr də, ərazinin zibillənməsindən narahat olduqlarını vurğulayıblar.
Aydan Hacı
Telegram kanalımız