“Real” Mbappeyə görə Çindən üzr istədi

saytların hazırlanması

Evə çatdırılma

“Real” Mbappeyə görə Çindən üzr istədi

İdman

28 Oktyabr 2026 13:40 89


“Real” Kilian Mbappenin Çinin keçmiş lideri Mao Tszedunla bağlı zarafatından sonra yaranan qalmaqala görə üzrxahlıq edib.

"Yeni Sabah" xəbər verir ki, Madrid təmsilçisi Çin xalqından üzr istəyib və futbolçunun sözlərinin narahatlıq yaratmasına görə təəssüfünü ifadə edib.

“Real”ın bəyanatında bildirilib ki, klub Çinə, onun tarixinə, mədəniyyətinə və vətəndaşlarına, eləcə də Madrid təmsilçisinin milyonlarla çinli azarkeşinə böyük hörmətlə yanaşır. pizza hut

"Kral klubu" Mbappenin ictimai üzrünü dəstəklədiyini vurğulayıb. Fransa millisinin üzvü sözlərinə görə təəssüfləndiyini bildirib və Çin xalqına hörmətini ifadə edib.

Madrid təmsilçisi bəyanatında müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin, birgəyaşayışın və anlaşmanın vacibliyini qeyd edib. Klub Çinlə dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!