İş adamı milyonluq dələduzluqla bağlı həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

İş adamı milyonluq dələduzluqla bağlı həbs edildi

Kriminal

28 Oktyabr 2026 13:46 183


Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.

"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.

İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib. Sezar pizza

Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Zərərşəkənlərin şikayətindən sonra Əmrah Ramazan həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

Zərərçəkmiş şəxs qismində 3 nəfər və “Sara Qrup” QSC tanınıb.

Ə.Ramazan Zaqatala rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!