Ermənistan Sülh Şurasının Nizamnaməsini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Sülh Şurasının Nizamnaməsini təsdiqlədi

Dünya

28 Oktyabr 2026 14:00 95


Ermənistan Milli Məclisi bugünkü iclasında Sülh Şurasının Nizamnaməsini təsdiqləyib.

"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, layihəni xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan təqdim edib.

Sənəd 90 lehinə, 8 bitərəf səslə yekdilliklə təsdiqlənib. Sezar pizza

Sülh Şurasının Nizamnaməsini Ermənistan Baş naziri Nikol Paşinyan 22 yanvar 2026-cı ildə imzalayıb. O, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış (Davos) beynəlxalq təşkilatdır. Təşkilatın məqsədi münaqişədən sonrakı bölgələrdə (Qəzza zolağı da daxil olmaqla) sabitliyin, qanuni idarəetmənin və sülh yolu ilə həllin təşviq edilməsidir.

Şurada üzvlük müddəti 3 ilə qədərdir. İlk ildə ən azı 1 milyard dollar məbləğində birdəfəlik nağd pul ianəsi etmiş ölkələr üçün istisna tətbiq olunur. 

Təşkilatın Azərbaycan da daxil olmaqla, 28 üzvü var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!