Bankların kapital gəlirliliyi açıqlanıb: “Kapital Bank” liderdir

saytların hazırlanması

Evə çatdırılma

Bankların kapital gəlirliliyi açıqlanıb: “Kapital Bank” liderdir

İqtisadiyyat

28 Oktyabr 2026 13:17 100


2026-cı ilin üçüncü rübünün yekunlarına əsasən, Azərbaycan banklarının kapital gəlirliliyi (ROE — xalis mənfəətin balans kapitalına nisbəti) göstəriciləri məlum olub.

“Yeni Sabah” xəbər verir ki, ən yüksək rentabellik səviyyəsi “Kapital Bank”da qeydə alınıb. Onun ROE əmsalı 22,1 faiz təşkil edib.

Siyahının növbəti pillələrində “AccessBank” 19,0 faiz, “Bank Respublika” 17,6 faiz, “Azərbaycan Beynəlxalq Bankı” (ABB) 15,2 faiz, “Bank of Baku” 14,0 faiz və “PAŞA Bank” 13,6 faiz göstərici ilə qərarlaşıblar. Marqarita pizza

Bundan əlavə, digər kredit təşkilatları üzrə kapital gəlirliliyi əmsalları “Unibank”da 11,9 faiz, “Ziraat Bank Azərbaycan”da 11,4 faiz, “Azər-Türk Bank”da 11,2 faiz, “Rabitəbank”da 9,7 faiz, “Yelo Bank”da 8,9 faiz, “Expressbank”da 7,6 faiz, “Yapı Kredi Bank Azərbaycan”da 6,8 faiz, “Premium Bank”da 6,6 faiz, “Bank VTB (Azərbaycan)”da 6,5 faiz, “Bank Melli İran Bakı filialı”nda 5,6 faiz, “AFB Bank”da 4,6 faiz, “Xalq Bank”da 4,5 faiz, “Bank Avrasiya”da 4,2 faiz, “ASB Bank”da 4,1 faiz, “TuranBank”da isə 2,0 faiz səviyyəsində olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!