Boksçumuz erməni rəqibini belə məğlub etdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

Boksçumuz erməni rəqibini belə məğlub etdi - Video

İdman

19 Aprel 2021 12:24 933


Polşanın Kielts şəhərində keçirilən gənclər arasında boks üzrə dünya çempionatında Azərbaycan milli yığma komandasının gənc təmsilçisi Əli Zamanov 52 kq çəki dərəcəsində erməni rəqibini məğlub edib.

Yenisabah.az xəbər verir ki, 16/1 mərhələsində Əli Zamanov R.Qarboyana 3:0 hesabı ilə qalib gələrək 8/1 finala yüksəlib.

8/1 döyüş mərhələsində boksçumuzun rəqibi Tayland təmsilçisi T.Aonyaem olub. Əli Zamanov rəqibini 3:1 hesabı ilə məğlub edərək 4/1 finala vəsiqə qazanıb.

Boksçumuzun növbəti döyüşü Rusiya təmsilçisi E.Zhorov ilə olacaq.

Bu döyüş Bakı vaxtı ilə saat 16:00 da AİBA-nın rəsmi “Youtube” kanalında göstəriləcək.

Həmin görüntüləri təqdim edirik: 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!