“Boranı” restoranından şikayət: “Kəskin iy gəlirdi” -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

“Boranı” restoranından şikayət: “Kəskin iy gəlirdi” - FOTOLAR

Sosial

06 Oktyabr 2026 11:17 107


Sosial şəbəkədə “Boranı” restoranının Əhmədli filialı ilə bağlı narazılıq yayılıb.

“Yeni Sabah” xəbər verir ki, restoranın müştərisi sifariş etdiyi yeməklərin gecikdiyini və məhsullardan kəskin iy gəldiyini iddia edib.

Şikayətçi bildirib ki, yeməklərin köhnə olduğunu düşündüyü üçün restoran rəhbərliyinə müraciət edib. Onun sözlərinə görə, şikayətə cavab olaraq müəssisə əməkdaşları məsələni başqa müştərilərin həmin yeməklərdən narazı qalmaması ilə əsaslandırıblar: Sezar pizza

“Vallah, 500 adam alıb, şikayət yoxdur. Göndəri niyəsə əskik gəlib. Deməli, davamında biz nə dəyişə, nə qaytara bilərik”.

Şikayətçi qeyd edib ki, ona gətirilən əlavə ətin də əvvəl təqdim olunan məhsuldan fərqlənmədiyini düşünüb. O, məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verəcəyini bildirib. Narazı müştəri restoranın sosial şəbəkə səhifələrindən və əməkdaşlarından üzr gözlədiyini, lakin bunun baş vermədiyini qeyd edib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!