Borc qarşılığında şantaj? - Şikayət

saytların hazırlanması

Evə çatdırılma

Borc qarşılığında şantaj? - Şikayət

Sosial

06 Oktyabr 2026 11:09 81


"Facebook"da anonim bir istifadəçi borc aldığı şəxsin şantajı ilə üzləşdiyini iddia edib.

“Yeni Sabah” xəbər verir ki, o, əvvəllər bir nəfərdən 19 min manat borc alaraq mediasiya qaydasında bir il müddətinə qaytarmaq öhdəliyi götürüb.

Hər həftə müntəzəm olaraq 250-300 manat ödəniş edən vətəndaş son 1240 manatı da ödəyərək öhdəliyini tam yerinə yetirdiyini, hətta 780 manat artıq ödəniş etdiyini bildirib. pizza mizza

Şikayətçi qeyd edib ki, son ödəniş zamanı şahidlərin yanında qarşı tərəf mediasiya sənədini cıraraq borcun qalmadığını bəyan edib. Lakin həmin sonradan mediasiya təşkilatında sənədin əslinin (kökünün) qaldığını bəhanə edərək vətəndaşı həbs etdirəcəyi ilə hədələməyə və şantaj etməyə başlayıb.

Borcun faizlə verildiyini və ödənişlərin həm nağd, həm də bank kartı vasitəsilə həyata keçirildiyini vurğulayan zərərçəkən hüquqşünaslardan və aidiyyəti qurumlardan yaranmış vəziyyətlə bağlı hüquqi yardım istəyib.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!