Borcu olanlara yeni qayda – Mərkəzi Bankdan sərt qərar

saytların hazırlanması

Evə çatdırılma

Borcu olanlara yeni qayda – Mərkəzi Bankdan sərt qərar

İqtisadiyyat

11 Sentyabr 2026 11:21 132


Mərkəzi Bankın sədri Taleh Kazımov Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) fəaliyyəti və kredit risklərinin tənzimlənməsi üzrə normativ sənədlərə dəyişikliklər imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, yenilənmiş şərtlərə əsasən, gündəlik borcların restrukturizasiyası qaydaları xeyli sərtləşdirilib.

Yeni qaydalara əsasən, gündəlik kreditlər üzrə faiz və əlavə ödənişlərin ümumi həcmi əsas borcun 100%-ni keçə bilməz. Həmçinin, bu borclar yalnız bir dəfə, ən çoxu 45 gün müddətinə və əsas məbləğin ən azı 20%-i ödənilmək şərti ilə restrukturizasiya oluna bilər (bu zaman cərimə tətbiq edilmir). pizza hut

Bundan başqa, bir dəfə yenidən strukturlaşdırılan kreditin risk kateqoriyası yuxarı qaldırılmayacaq, iki və daha çox hallarda isə avtomatik “qeyri-qənaətbəxş” kimi təsnifləşdirilərək risk dərəcəsi bir pillə aşağı salınacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!