Binəqədi qəsəbəsinin Cəfər Cabbarlı küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumata görə, məhdudiyyətlə əlaqədar 133 və 170 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib. pizza
Belə ki, 133 nömrəli marşrutun son dayanacağı Gülməmməd Ramazanov küçəsində təyin olunub. 170 nömrəli marşrutun hərəkəti isə Fəhlə küçəsi ilə təmin ediləcək.
Qeyd edilib ki, dəyişikliklər təmir işləri başa çatanadək qüvvədə olacaq.
Aytac Əliyeva
Telegram kanalımız