Bu ərazilərdə təmir işləri aparılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bu ərazilərdə təmir işləri aparılacaq

Avto

15 May 2019 09:29 1260


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 15 və 16 may tarixlərində səhər saatlarından etibarən Bakı Dairəvi-1 avtomobil yolunda və ətraf ərazilərdə nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

“Yeni Sabah” xəbər verir ki, bundan başqa səhər başlayaraq axşam saatlarına kimi Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanının yol qovşağından Mərdəkan yol qovşağına kimi yolun hər iki istiqamətində, axşam saat 22:00-dan səhər saatlarınadək isə Ceyhun bəy Hacıbəyli küçəsi və Atatürk prospektinin kəsişməsində yerləşən yeraltı avtomobil tunellərində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Bu səbəbdən sürücülərdən göstərilən saatlarda sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, deyə Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında qeyd olunub. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!