Bakıda və Abşeron yarımadasında güclü yağış, şimşək və bəzi ərazilərdə leysan gözlənilir. Bir sıra çaylarda sululuğun artacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
"Yeni Sabah" xəbər verir ki, oktyabrın 9-u gündüzdən 10-u axşamadək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntı leysan xarakterli olacaq, şimşək çaxacaq. Oktyabrın 9-u axşamdan 10-u səhərədək yağışın intensiv və güclü olacağı ehtimal edilir.
Azərbaycanın rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə intensiv leysan, şimşək və dolu gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, oktyabrın 10-da gündüz bəzi şərq rayonlarında yağıntıların qısa müddətə güclənəcəyi ehtimal olunur. Sezar pizza
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı bildirilir. Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eləcə də Naxçıvan Muxtar Respublikasının bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.
Aytac Əliyeva
Telegram kanalımız